BRAND AWARD
Azərbaycan Brendi
Award Haqqında
“Brand Award Azerbaijan” - Azərbaycanın iqtisadiyyat və biznes sahəsində ən nüfuzlu və tanınan milli müsabiqələrindən biridir. Hər il təşkil olunan milli müsabiqə çərçivəsində ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən, bazarda güclü mövqe qazanmış, media və sosial şəbəkələrdə tanınan 50 ticarət markası seçilərək mükafatlandırılır. 2009-cu ildən etibarən keçirilən bu tədbir illər ərzində həm istehlakçı etimadının, həm də milli müsabiqədə iştirak edən brend reputasiyasının göstəricisinə çevrilmişdir. Mükafat, il ərzində istehlakçılar arasında yüksək tanınma və rəğbət qazanan məhsul və xidmət sahiblərinə təqdim olunur. Qaliblər müstəqil beynəlxalq onlayn platformada keçirilən açıq səsvermə yolu ilə müəyyən edilir. Respondentlər www.brandaward.az saytında sevimli ticarət markalarına səs verir, nəticələr isə təntənəli “Brand Award Azerbaijan” milli müsabiqəsinin təqdimat mərasimində elan olunur. “Öz brendini tanıt!” şüarı altında keçirilən milli müsabiqə Azərbaycanın dövlət və özəl sektorunda fəaliyyət göstərən şirkətlərin təqdim etdiyi xidmət və məhsulların tanıdılmasına və brendləşdirilməsinə dəstək göstərən bir təşəbbüsdür.
Missiya və Dəyərlər
“Brand Award Azerbaijan”ın əsas missiyası – yerli istehsalın, innovasiyanın və sahibkarlığın inkişafına dəstək vermək, Azərbaycan brendlərini qlobal arenada tanıtmaqdır.
Dəyərlərimiz
- Şəffaflıq və obyektivlik - qaliblər yalnız səsvermə nəticəsində müəyyən edilir.
- Yerli sahibkarlığın təşviqi - milli məhsul və xidmətlərin dəyərinin artırılması.
- İctimai etimad - istehlakçı və ticarət markasında qarşılıqlı güvənin möhkəmləndirilməsi.
Məqsəd
Milli müsabiqənin əsas məqsədi - Azərbaycanda istehsal olunan məhsul və xidmətləri həm yerli, həm də beynəlxalq səviyyədə tanıtmaq, brendlər arasında rəqabət mühitini stimullaşdırmaq və sahibkarlıq ruhunu və ticarət markalaranın brendlərə çevrilməsini təşviq etməkdir.
Milli müsabiqənin tarixi
2009-cu ildən etibarən “Brand Award Azerbaijan” milli müsabiqəsi ölkədə marketinq, PR və brend-menecment inkişafı sahəsində özünəməxsus platforma formalaşdırmışdır. İllər ərzində yüzlərlə şirkət bu mükafatın laureatı olmuş, onların əksəriyyəti yerli bazardan çıxaraq regional və beynəlxalq uğurlara imza atmışdır.
Korporativ Sosial Məhsuliyyət (KSM)
2026-cı ildə “Brand Award Azerbaijan” milli müsabiqəsində iştirak edərək öz ticarət markalarını təqdim etmək istəyən bütün şirkətlər “YAŞAT” Fonduna ən azı 200 AZN məbləğində ianə köçürməli və ödəniş qəbzini Təşkilat Komitəsinə təqdim etməlidirlər. Bu şərti yerinə yetirən şirkətlər müsabiqədə tamamilə ödənişsiz şəkildə iştirak etmək imkanı əldə edəcəklər. Bu “Brand Award Azerbaijan” milli müsabiqəsində iştirak üçün yeganə şərtdir. "YAŞAT" Fondu ilə əməkdaşlıq bizim vətəndaş borcumuzdur və əminik ki, bütün sahibkarlar bu təşəbbüsə qoşularaq "YAŞAT" Fonduna ianələr edəcəklər.
TƏRƏFDAŞLAR
TƏŞKİLATÇI
Award Organizers Group
RƏSMİ TƏRƏFDAŞLAR
Caspian Energy Club
Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ)
Baş informasiya tərəfdaşı
“Caspian Energy International Media Group”
SPONSORS
Silver Sponsor
Sponsor 1 Adı
Bronze Sponsor
Sponsor 2 Adı
Sponsor 3 Adı
SPONSORSHIP & PARTICIPATION OFFERS
SILVER SPONSOR
- Granting of Silver Sponsor status
- Placement of the Silver Sponsor’s logo on event posters
- Display of the logo on the branding wall in the event hall
- Dedicated space in the event foyer for Silver Sponsor (for product presentation)
- Free participation for 8 company representatives
- Presentation of a certificate of appreciation
Available to a maximum of 4 companies.
BRONZE SPONSOR
- Granting of Bronze Sponsor status
- Placement of the Bronze Sponsor’s logo on event posters
- Free participation for 4 company representatives
- 30-second video clip displayed on the E-rollup in the event foyer
- Presentation of a certificate of appreciation
Available to a maximum of 8 companies.
PARTICIPATION + AD CLIP
- Participation of 2 top managers from your company
- A 30-second advertising clip to be displayed on electronic roll-ups
CORPORATE PARTICIPATION
- Participation of up to 4 top managers from your company
- ❗No advertising placement included
INDIVIDUAL PARTICIPATION
- Participation for one company representative
PROQRAM
Sessiyaların, məruzəçilərin və şəbəkələşmə tədbirlərinin tam cədvəlinə baxmaq üçün Brand Award Azərbaycan tədbirinin rəsmi proqramını yükləyin.
Bizimlə əlaqə
Qeydiyyat, sponsorluq və ya ümumi məlumatla bağlı suallarınız üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.